• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1893
— 07.11.2023 20:05

Laçın rayonunun Zabux kəndinə növbəti köç başlayır

KepezTV Player

 Noyabrın 16-dan Laçın rayonunun Zabux kəndinə növbəti köç başlayır. Bu münasibətlə  kəndə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Püşkatmada 174 ailə iştirak edib. Həmin ailələrin tərkibində 661 nəfər var. Ailə tərkibinə uyğun olaraq, onlardan 31-ü ikiotaqlı, 102-ü üçotaqlı, 20-i dördotaqlı, 21-i beşotaqlı mənzil ilə təmin olunub. Sözügedən ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.