Samux rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə Kür çayına körpə balıqlar buraxılıb. Balıq növlərinin bərpasına, su bioresurslarının qorunmasına, populyasiyasının artımına dəstək, balıq ehtiyatlarının mühafizəsinin zəruriliyini təşviq etmək məqsədilə, Samux rayonunda Kür çayına balıq körpələrinin buraxılışı həyata keçirilib. Balıq körpələrinin buraxılışında Samux rayon İcra Hakimiyyətinin əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib. Kür çayının sahilində keçirilən tədbirdə çəkisi 100 qramadək olan 200 minə yaxın balıq körpəsi çaya buraxılaraq onların təbii artımına, bərpasına dəstək göstərilib.
Mehman Axundov- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi: “ETSN il ərzində hal-hazırda 3 milyona qədər müxtəlif növ balıq körpələri buraxmışdır. Bugünkü tədbirdə Çəki kimi balıqların körpələri buraxılıb. 190 000 -200 000- ə qədər, daha doğrusu. Burada Çəki balığı, “Belamur”, bir də ki, “Tolstolob”, yəni Qalınalın balıqlarının körpələri buraxılmışdır”.
Xaləddin İsgəndərov- şəhid İsgəndərov Eltunun atası: “200 000 –dən artıq balığın buraxılması şəhidlərimizin xatirəsinə və Zəfər Günü münasibətilə bu aksiya keçirildi. Çox qürurla iştirak etdim. 200 mindən çox balığı Kürə buraxmaqla gələcək nəsilin resurslarının artırılması və balıq resurslarının respublikamızda çox sürətlə artmasına səbəb olacaqdır”.
Pərvin Abbaszad
- Baxış: 364