KepezTV Player
Hacıqabul Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Sahəyə baxış zamanı sellofan torbadan 256 ədəd müxtəlif çaplı patron, 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM təlim partladıcısı aşkar olunaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
- Baxış: 203