• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1390
— 05.11.2023 20:06

62 yaşlı qadını öldürməkdə təqsirləndirilən tanışı həbs edilib

KepezTV Player

Xaçmaz şəhər sakini, 1961-ci il təvəllüdlü Mafizə Şirinbalayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı fərdi yaşayış evində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İstintaq-əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Şahin Əhmədovun aralarında yaranmış mübahisə zamanı tanışı Mafizə Şirinbalayevanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb. Şahin Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.