Vətən müharibəsindən və lokal antiterror tədbirlərindən sonrakı dövrdə ayrı-ayrı şəxslərin müxtəlif yollarla ələ keçirdiyi odlu silahı qanunsuz saxlaması, daşıması, gəzdirməsi, başqasına verməsi, satması kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur. Bu barədə Daxili İşlər Nazirliyinin qanunsuz saxlanılan silah-sursatla bağlı vətəndaşlara müraciətində deyilir. “Qanunsuz saxladığı odlu silahı, döyüş sursatını, partlayıcı maddələri könüllü surətdə təhvil verən şəxs, əgər həmin əşyaları cinayət törətməkdə istifadə etməyibsə, məsuliyyətdən azad edilir. Odlu silahın və döyüş sursatının qanunsuz saxlanılması, satılması və s. barədə hüquq mühafizə orqanlarını məlumatlandıran şəxslər isə konfidensiallıqları qorunmaqla mükafatlandırılacaq”, məlumatda deyilir
- Baxış: 251