“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda nazirlik və agentliyin, eyni zamanda rayon icra hakimiyyətini rəhbərliyi, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, gənclər və məktəblilər iştirak edib. Təqdim olunan peşələrin stendləri ilə tanışlıq olub, ekspertlərlə söhbət edilib, gənclərə tövsiyələr verilib. Festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənir, müxtəlif peşələr üzrə ekspertlərin təqdimatlarında iştirak edir və peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər.
Ruhiyyə Rəfiyeva- iştirakçı: “Bizim məktəbimiz də burada iştirak edir. Çünki məktəbimizdə bu tədris ilində peşə təmayüllü sinif fəaliyyət başlayıb. Biz də uşaqlarımızı gətirmişik. Bizim üçün belə tədbirlərin, festivalların keçirilməsi çox xoşdur. Çünki uşaqlarımız üçün də daha yaxşı olur ki, təcrübə toplayırlar”.
İlkin Həsrətov- iştirakçı: “Mənim marağım robortlara və texnikayadır. Biz Şəmkir məktəbi olaraq protez əl düzəltmişik. Bakıda tədbirə qatılmışıq. Rayonumuzda gəldik, gördük belə bir festival təşkil olunub. Burada təcrübəmizi artırdıq, maraqlı oldu”.
Aysu Rüstəmova- iştirakçı: “Mən çox şadam ki, Peşələr Festivalı doğma rayonumuz xoş gəlib. Mən də Zəfər günü ilə bağlı Xarı bülbül şəklini burada təqdim etdim”.
Festival çərcivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, qrafik və geyim üzrə dizayner, foto və videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilir.
Mustafa Abbasbəyli- Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri: “Biz burada 14 aktual peşə üzrə gənclərimizi, şagirdlərimizi düzgün əmək bazarına yönləndirməyə çalışırıq. Çünki bur gün əmək bazarında ən vacib məsələlərdən biri düzgün peşənin seçimidir. Bunun üçün də peşəkarlar uşaqlarla ünsiyyətdə olmalıdırlar, uşaqlar o peşələrin dadına baxmalıdırlar, belə deyək və ona uyğun öz istiqamətlərini seçməlidirlər. Peşə seçimində ən önəmli iki məqam var. Birinci bazarın tələb-təklifidir, ikinci gəncin o peşəyə uyğunluq məsələsidir. Biz də burada bazarın tələbini artıq 14 peşə ilə müəyyən etmişik. Gənclər də hansı istiqamətə özlərini meylli hiss edirlər biz onları müəyyən etməyə çalışırıq ki, gələcəkdə doğru şəkildə əmək bazarında təmsil olunsunlar”.
Şəmkir cari il Peşələr Festivalı üçün seçilən ölkənin 10 məkanından biri olub. Növbəti festival noyabrın 5-də Salyan rayonunda keçiriləcək.
Orxan Cəfərzadə
- Baxış: 318