• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 03.11.2023 16:08

Samuxda qanvermə aksiyası keçirilib

KepezTV Player

Zəfər Günü ərəfəsində Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Rayon Mərkəzi Xəstəxansında həkimlər tərəfindən hər bir donorun sağlamlığı yoxlanılıb. TƏBİB-in həkim briqadası tərəfindən aparılan tibbi müayinədən sonra könüllülərdən qan götürülüb. Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, yerli hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də gənclər iştirak ediblər. Yığılan qan ehtiyatı təkrar yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Samux rayonunda anoloji aksiyalar ənənəvi olaraq təşkil olunur. Sonuncu aksiya zamanı 200-ə yaxın rayon sakini donor olub.

Fərid Mehdiyev