• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 02.11.2023 12:37

İstedadlı gənc - saatsaz

Zaman həyatdakı ən dəyərli məhfumdur. O, saatlardan və saniyələrdən ibarət deyil. Ona məna qatan bacarıqlarımızı düzgün şəkildə ifadə etməkdir. İndi həm saatların, həm də istedadının keşiyində dayanan Yunis bəyi tanımağın vaxtıdır.

Yunis Nəcəfov- saatsaz: Uşaq vaxtımdan bu sənətə böyük həvəsim olub. Bu sənətə 13 yaşımdan başlamışam. Atam sənətkar olduğu üçün bu işə məndə də həvəs yaranıb. Uşaqlıqdan hər növ saatları təmir edirdim. Yeni saatlar çıxdıqca onları təmir edirdim və öz üzərimdə işləyirdim. Bu iş incəlik tələb edir və hərkəs bu işdə bacarıqlı olmur. Eyni zamanda səbr tələb edir”.

- “Saatlar arasında fərqlər nələrdir?” deyə soruşdum. Cavabı isə belə oldu.

- Saatlar müxtəlif olur. Klassik və elektron saat növləri var. Saatların fərqli funksyaları var. Məsələn, elə saatlar var ki, təqvimi göstərir. Saatlar arasında qiymət fərqi olur. Brend saatları isə digər saatlardan fərqləndirən materialıdır. Onlar paslanmaz poladdan olur və şüşələri qalın olur.

Saatlar üçün xüsusi avadanlıqlar var.

Yunis bəy, bir saatsaz kimi sadəcə saatların mexanikasının təmiri ilə deyil, həm də onun qayışlarının düzəldilməsi ilə də məşğul olur.

- Saatların kəməri istifadəyə yararsız olduqda, müştərilər yenisi ilə əvəz etmək istəyir. Bunun üçün bizdə təbii dərilər olur. Və hər bir qayışı hazır edə bilirəm.

Son olaraq gənclərə tövsiyələrini verməyi də unutmadı.

- Gənclərə tövsiyə edərdim ki, çalışsınlar, bir sənət öyrənsinlər. Fərqi yoxdur hansı sənətə yiyələnirlər, əsas odur ki, bu sənətin dərinliklərini öyrənsinlər. Hər bir insanın sənəti olmalıdır və bu, mütləqdir.

Fidan Qədimova

ƏTRAFLI...