KepezTV Player
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib. Gərəkli kəndi ərazisində 2 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara məxsus 2 sandıqça və 57 ədəd patron polis əməkdaşları tərəfindən götürülüb. Digər əməliyyat tədbirləri ilə rayon sakinləri – Mahir Ağcayevdən, Salim Umrayevdən və Ramiz Ömərovdan qanunsuz saxladıqları nömrəsi silinən 3 ədəd “İJ” markalı ov tüfəngi aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.
- Baxış: 223