KepezTV Player
“Regionda yaranan yeni fürsətlərin düzgün istifadəsi böyük nailiyyətlərin əldə olunmasına xidmət edəcək”. Bunu xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 10-cu iclasında çıxışı zamanı deyib. Nazir, işğaldan azad edilən ərazilərdə nəqliyyat infrastrukturunun yaradılmasının Orta dəhliz boyunca yeni nəqliyyat arteriyasının açılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşmasına töhfə verəcəyini qeyd edib.
- Baxış: 176