• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 30.10.2023 13:10

İstedadlı gənc - Stilist

- Biz xanımlar hər zaman gözəl görünmək istəyirik. Saçlarımız da gözəlliyimizin əsas sirridir. Və onları hər zaman güvənə biləcəyimiz birinə əmanət edirik. Bəs bu şəxs kimdir? Elə isə onu tanıyaq! 

Nərmin Ürfətqızı- stilist: İşimi çox sevirəm, demək olar ki, işimin vurğunuyam. Tək saç kəsimi ilə deyil, bütün işlərlə də məşğul oluram. Məsələn, gəlin bəzəyi, saç rənglənməsi, kəsim, makyaj və s. kimi işlərlə məşğul oluram”.

- Elə mənim də ən böyük problemlərimdən biri saç tökülməsidir. Bunun səbəbini də Nərmin xanımdan soruşdum.

- Saç tökülməsi fəsil ilə, vitamin çatışmazlığı və düzgün şampun seçimi etməməyimizlə də əlaqəli ola bilər. Mən, ümumiyyətlə, xanımlarımıza ən azı 3 aydan bir saç kəsdirməyi məsləhət görərdim.

- Stilist, xanıma etdiyi saç modeli haqqında daha ətraflı məlumat verdi. “Bu saç modelinin ustası Nərmin xanımdır”, deyə bilərəm?

- Xanımın saçına “italyanka” saç kəsimi etdim. Demək olar ki, son zamanların ən dəbli modelidir. Çox sevilir.

- Nərmin xanımdan saçlarımızı necə qoruya bilərik, bu haqda da məlumat aldım.

- Saç növləri müxtəlif olduğu üçün doğru məhsulları seçməliyik.

- Son olaraq xanımlarımız üçün məsləhətlər də eşitdik.

- Xanımlar saçlarını fenlədikləri zaman feni darağa çox yaxınlaşdırmasınlar və ütü fenindən az istifadə etsinlər.

Fidan Qədimova

ƏTRAFLI...