KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub. Azərbaycan və BƏƏ arasında əməkdaşlıq gündəliyinin genişləndirilməsində ali və yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Görüş zamanı, mövcud çoxşaxəli nümunəvi əməkdaşlıq gündəliyinin davam etdirilməsi, turizm, təhsil, yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
- Baxış: 197