• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 30.10.2023 16:52

Yasamal rayonunda silah aşkarlanıb

KepezTV Player

Fövqəladə Hallar Nazirliyinə Bakının Yasamal rayonu, 2-ci Alatava adlanan ərazidə silah aşkar edilməsi barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Baxış zamanı aşkar edilən silahın istifadəyə yararlı bir ədəd İJ-56 “Belka” 12-16 mm kalibrli ov tüfəngi olduğu müəyyən olunub. Silah ərazidən götürülərək hüquq-mühafizə orqanı əməkdaşlarına təhvil verilib. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.