• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 30.10.2023 11:41

Azərbaycan güləşçiləri dünya ikincisi olub

KepezTV Player

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə 23 yaşlıların dünya çempionatı başa çatıb. Yunan-Roma güləşçilərimizdən Xasay Həsənli gümüş, Fərid Sadıxlı, Ruslan Nurullayev və Sərxan Məmmədov bürünc medal qazanıb. 93 xal toplayan yığmamız bu nəticəylə komanda hesabında dünya 2-cisi olub. İlk dəfə ikinci yeri tutan güləşçilər həm də toplanan xallara görə özünün ən yaxşı nəticəsinə imza atıb. Mundialda birinci yerdə Türkiyə yığması qərarlaşıb.