• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 30.10.2023 09:12

Mançester derbisində "şəhərlilər" qələbə qazanıblar

KepezTV Player

Futbol üzrə İngiltərə Premyer Liqasında Mançester derbisi keçirilib. X turda "Mançester Yunayted" son çempion "Mançester Siti"ni qəbul edib. “Old Trafford”dakı turun mərkəzi qarşılaşması "şəhərlilər"in 3:0 hesablı qələbəsi ilə bitib. Oyunda qolları 26 və 49-cu dəqiqələrdə Erlinq Holann, 80-ci dəqiqədə Fil Foden vurub. Bu nəticədən sonra xallarının sayını 24-ə çatdıran "Mançester Siti" üçüncü pilləyə yüksəlib. "Qırmızı-şeytanlar" 15 xalla səkkizincidir.