• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 28.10.2023 13:40

Beynəlxalq tibbi konfransda son yeniliklərdən danışılıb

KepezTV Player

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə Gəncədə “ll Beynəlxalq Qastroenteroloji cə Cərrahiyyə Günləri” adlı konfrans baş tutub. Konfrans Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Tədbirdə Türkiyədən dəvət olunan professor heyəti, Bakıdan və Gəncə şəhərindən olan mütəxəssislər aktual mövzularla çıxışlar ediblər. Qida borusu stentlənməsi, qanamaların endoskopik müalicəsi, müalicələrdə cərrahi müdaxilə üsullarının seçilməsi kimi mövzularla bağlı məruzələr dinlənilib. 2 günlük tibbi konfransda təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli yolları barədə müzakirələr aparılıb, canlı təqdimatlar olub, mədə-bağırsaq xəstəliklərinin müayinə və müalicəsində tətbiq olunan yeniliklər və son tədqiqatlar yer alıb.

Fərid Quliyev- Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin sədri:  “Ən müasir endoskopik müalicə üsullarının artıq Azərbaycanda tətbiqi, bu il artıq Gəncə şəhərində yeni cihazların mövcudluğu hesabına qastroenteroloji xidmətin yerli əhali üçün çox yüksək səviyyədə təşkil olunması mövcuddur. Biz bunu görürük və son 1 il ərzində bu regionda çox inkişaf gedib və biz də istəyirik ki, bu tədbirləri sıx-sıx keçirək, gələcəkdə də bu xidmətlər heç vaxt xarici təcrübədən geri qalmasın”.

Pərvin Abbaszadə