KepezTV Player
Bakıda dönərdən zəhərlənən 4 şagirdin müalicəsi xəstəxanada davam etdirilir. Bu barədə TƏBİB-dən məlumat verilib. Hazırda onların vəziyyəti stabildir. Oktyabrın 24-də Binə qəsəbəsində 4 məktəbin şagirdləri dönərdən zəhərlənib. 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.
- Baxış: 323