• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 24.10.2023 12:05

ANAMA-ya daha 4 ədəd mexaniki minatəmizləmə maşını təhvil verilib

KepezTV Player

4 ədəd “Revival P” mexaniki minatəmizləmə maşını “İmprotex” tərəfindən Azərbaycan Minatəmizləmə Agentliyinə təhvil verilib. Bu maşınlar “Made in Azerbaijan” brendi altında istehsal olunur və beynəlxalq standartlara cavab verir. Bu ANAMA-nın işğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi məqsədilə maddi-texniki imkanlarını artırır. Humanitar minatəmizləmə fəaliyyəti məqsədilə istifadə edilən mexaniki vasitələr 2000 metrə qədər uzaq məsafədən idarə olunur. Uzaqdan idarəetmə funksiyası operatora mina və sursatların partlaması zamanı dağıdıcı partlayış zərbəsi və zədə yetirə biləcək qurğuların yayılma əhatəsindən kənarda qalmağa imkan verir.