• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 20.10.2023 08:48

Avtobus qəza törədib

KepezTV Player

Bakının Nizami rayonunda da yol qəzası baş verib. Yol-nəqliyyat hadisəsi Qara Qarayev prospektində olub. Sərnişin avtobusu eyni istiqamətdə olan “Toyota” markalı maşına çırpılıb. Toyota isə “Hyundai”-a dəyib. İdarəetmədən çıxan avtobus yol ayrıcındakı beton səddə dəyərək dayanıb. Avtobusdakı sərnişinlər təxliyə edilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.