• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 20.10.2023 08:46

Gimnastlarımız Avropa çempionatında qızıl medallar qazanıblar

KepezTV Player

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında qızıl medallar qazanıblar.  Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü uğurlu çıxış edib. Onlar balans hərəkətlərində birinci yeri tutublar. Bundan əlavə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük templə hərəkətlərdə qızıl medala sahib çıxıblar.