Ağdamda 2026-cı ilin sonuna qədər 5 yaşayış məhəlləsi inşa olunacaq. Həmçinin 12 kəndin inşası nəzərdə tutulub. Bunu isə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Azərbaycanın işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu" panelində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ağdamda kəndlərdə və yaşayış məntəqələrində artıq torpaq işlərinə başlanılıb və bu yaxınlarda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə start veriləcək. Digər kəndlər isə layihələndirmə prosesindədir. O, həmçinin Ağdamda Dəmir yolu və Avtovağzal Kompleksinin 2024-cü ilin sonuna istifadəyə verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
- Baxış: 309