• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 875
— 19.10.2023 08:48

Ombudsman: Ermənistanın törətdiyi müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlər aparılır

KepezTV Player

Həm Vətən müharibəsində, həm də postmüharibə dövründə Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin araşdırılması məqsədilə monitorinqlər aparılır. Bunu Ombudsman Səbinə Əliyeva “İnsan hüquqları müdafiəsinin problemləri: ombudsmanların səlahiyyətlərinə dair müsbət təcrübələrinin bölüşülməsi” mövzusunda Moskvada keçirilən VII beynəlxalq elmi-praktiki konfransda deyib. Qırx yeddi ölkənin ombudsmanlarının iştirak etdiyi tədbirdə Səbinə Əliyeva İkinci Qarabağ müharibəsi nəticəsində beynəlxalq hüququn tələblərinə uyğun olaraq torpaqlarımızın işğaldan azad edildiyini və ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistanın törətdiyi mina terroru barədə danışan Ombudsman İkinci Qarabağ müharibəsindən indiyədək yüzlərlə şəxsin mina qurbanına çevrildiyini qeyd edib.