• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1897
— 18.10.2023 09:07

Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

KepezTV Player

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Eyni gündə Prezident İlham Əliyev tərəfindən qanun təsdiqlənib. Və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib. Bu il Azərbaycanda Müstəqilliyin Bərpası Günü tamam başqa ab-havada qeyd edilir. Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Hazırda Qarabağın hər nöqtəsində Azərbaycanın üçrəngli şanlı bayrağı dalğalanır.