• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1352
— 16.10.2023 16:17

Yaşayış binalarında tüstübacalar təmizlənir

KepezTV Player

Çoxmərtəbəli yaşayış binalarının tüstübacalarının vaxtlı-vaxtında təmizlənməməsi dəm qazı yaradır ki, bu da sonda ölümlə nəticələnir. Bunu nəzərə alaraq Gəncədə çoxmərtəbəli yaşayış binalarının tüstübacalarının təmizlənməsi işlərinə başlanılıb. Bunun üçün Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xüsusi birqada ayrılıb. Görülən işlər çərçivəsində son iki ayda 200-ə yaxın mənzilin tüstübacası təmizlənib. Tüstübacaların təmizlənməsi noyabırın sonuna kimi davam edəcək.  

Nüşabə Məmmədova- sakin: “Tüstübacadan evə qoxu gəlirdi. Evdə də körpə uşaq var, qoxudan yaşaya bilmirdik. Çox üfunət iylənirdi, evdən bezirdik. Müraciət elədim, sağ olsunlar, adam gəldi. Tüstübacanı açdı, boru taxdı, düzəltdi”.

Rauf Hüseynov- MKTİB-nin işçisi: “Təmiz olmayanda insanlara dəm qazından zəhərlənmələr verə bilər, xəsarət törədə bilər. Ona görə bizim də vəzifəmizdir ki, tüstübacaları təmizləyək. Sakinlərin müraciəti ilə Mənzil İstismar Sahəsinin müdirləri müraciət edirlər, gün ərzində 3-5 evə gəlirik. Öz vəzifəmizi icra edib, yerinə yetiririk”.

Azad Mustafayev