KepezTV Player
Müəllimlərin sertifikatlaşdırılması prosesi bitib, nəticələr yaxın günlərdə açıqlanacaq. Elm və Təhsil Nazirliyindən qeyd olunub ki, 8 sentyabr-14 oktyabrda təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilib. Müsahibə nəticələri ilə bağlı məlumat yaxın günlərdə təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək. Tədris prosesi yenidən təşkil olunan Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən müəllimlər də oktyabrın 14-də sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində iştirak ediblər.
- Baxış: 165