• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1096
— 16.10.2023 16:10

HƏMAS üzvləri daxil olmaqla 40 nəfər saxlanılıb

KepezTV Player

İsrail Müdafiə Ordusu, İsrail əks-kəşfiyyatı və Milli Təhlükəsizlik Nazirliyi ötən gecə birgə reydlər keçirib. Terrorçuluq fəaliyyətində iştirakda şübhəli bilinən, axtarışda olan 40 nəfər həbs edilib. Saxlanılanlar arasında təxminən 20 nəfər HƏMAS hərəkatının üzvüdür. Məlumata görə, ümumilikdə oktyabrın 7-dən indiyədək İsrailin müxtəlif bölgələrində axtarışda olan 360-a yaxın şəxs həbs edilib. Təxminən 210 nəfərin HƏMAS-la əlaqəsinin olduğu qeyd edilib. İsrail Müdafiə Ordusundan bildirilib ki, HƏMAS və digər Fələstin yaraqlıları Qəzza zolağında 199 nəfəri girov saxlayır. Girov götürülənlərin ailələri bununla bağlı artıq məlumatlandırılıb. Digər məlumatda İsrail Müdafiə Ordusunun HƏMAS-ın əsas aparıcı qüvvələrindən olan “Nuxba”nın komando mərkəzini dağıtdığı diqqətə çatdırlıb. Son bir neçə saat ərzində onlarla hərbi komandanlıq mərkəzi və minaatan məntəqəsi məhv edilib.