• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1021
— 13.10.2023 11:43

Gəncə və Masallıda qanunsuz tikililər sökülüb

KepezTV Player

Masallı şəhəri və Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.