Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsi keçirilib. Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Xaçatryanın ağlaması diqqəti çəkib. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin və iş üzrə zərər çəkən 59 nəfərin anket məlumatları dəqiqləşdirilib. Xaçaturyana hüquq və vəzifələri izah edilib. Məhkəmənin baxış iclası oktyabrın 17-nə təyin edilib. Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Vaqif Xaçatryan bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun tərkibində olduğu qanunsuz erməni silahlı birləşmələri 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
- Baxış: 165