• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 876
— 13.10.2023 11:30

Qiymət manipulyasiyasına nəzarət gücləndiriləcək

KepezTV Player

Son günlərdə bəzi tərəvəz məhsullarının qiymətlərində müşahidə olunan yüksək artımını da nəzərə alaraq daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən subyektiv səbəblərə - rəqabət pozuntuları, bazarların bölüşdürülməsi və qiymət manipulyasiyasına yol verən bazar subyektlərinə qarşı nəzarət və operativ yoxlama tədbirləri gücləndiriləcək və təsiredici ciddi tədbirlər görüləcək. Bu barədə İnflyasiya və qiymət monitorinqi üzrə İşçi qrupun rəhbəri Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib. Hazırda Milli Məclisdə çox vacib məsələlərdən biri olan Rəqabət Məcəlləsinin layihəsinin müzakirəsi aparılır. Rəqabət Məcəlləsinin qəbul olunması biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.