Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda medalı təmin edib. 63,5 kq çəki dərəcəsində çıxış edən Malik Həsənov və 75 kq-da qüvvəsini sınayan Mirşərif Kazımzadə yarımfinala yüksəlməklə buna nail olublar. M.Həsənov 1/4 finalda fransalı Lunes Hamrauini mübarizədən kənarlaşdırıb. O, yarışda üçüncü döyüşünü israilli Ahmat Ştiviyə qarşı keçirəcək.
M.Kazımzadə isə yarımfinal yolunda xorvatiyalı Qabriel Debaniçə qalib gəlib. İdmançımızın növbəti rəqibi rusiyalı Cambulat Bijamov olacaq. Hər iki boksçu yarımfinal görüşünə oktyabrın 13-də çıxacaq. Avropa Kubokunun beşinci günündə millimizin 3 boksçusu rinqə çıxacaq. Tayfur Əliyev Rusiyanı təmsil edən Arşak Tovmasyanla, gəncəli Nəbi İsgəndərov italiyalı Canluici Malanqa ilə, Sərxan Əliyev isə israilli Miroslav Kapulerlə üz-üzə gələcək.
- Baxış: 262