• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1091
— 11.10.2023 15:51

MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin növbəti iclası keçirilib

KepezTV Player

Bakı şəhərində MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları rəhbərləri Şurasının 53-cü iclası keçirilib. Respublikamızda təhlükəsizliyə və sabitliyə əsas təhdidlərdən sayılan, Azərbaycanın Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirləri barədə məlumat verən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev bildirib ki, həmin cinayətkar birliklərin üçtərəfli Bəyanatın ziddinə olaraq ərazilərimizdən çıxmaması, son zamanlar onlar tərəfindən yaşayış məntəqələrinin və kommunikasiyaların davamlı minalanması, mülki vətəndaşların və polis əməkdaşlarının həlak olması ilə nəticələnən terror aktlarının törədilməsi qısamüddətli antiterror tədbirlərinin keçirilməsini zəruri edib, bununla da Azərbaycan öz suverenliyini bərpa edib.