KepezTV Player
Xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə səfərdə olan Cəlil Abbas Cilani ilə görüşündə iki ölkə arasında əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Ceyhun Bayramov həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması məqsədilə həyata keçirdiyi antiterror tədbirləri barədə məlumatlandırıb. Cəlil Abbas Cilani Pakistanın Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklədiyini vurğulayıb.
- Baxış: 205