• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 10.10.2023 12:23

Füzuliyə növbəti köç

KepezTV Player

Yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün daha 21 ailə - 88 nəfər köçürülüb. Köçürülən ailələr Füzulidə yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da, Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərində 165 ailə, yəni 602 nəfərin daimi məskunlaşması təmin ediləcək.

Rəşid Abbasov- Füzuli sakini : "Mən ordan çıxanda 35 yaşım var idi, 65 yaşında da qayıdıram, mən orda işləyirəm, mən orda yol çəkirəm əziyyət çəkirəm, Ağdama yol çəkirik. Ali baş komandan sağ olsun ki, bizi bax bugünkü gündə belə sevinə-sevinə yola salırsınız torpağımıza".

Tahirə Abbasova- Füzuli sakini: "Ülvinin anasını 5-ci sinifdə oxuyanda mən gətirmişdim Bakıya, indi Ülvinin anasını Ülvisiz aparıram rayona, fəxr eliyirəm Ülvi ilə, bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allah can sağlığı versin, Allah prezidentimizdən razı olsun ki, bugünkü günü bizə yaşatdı. Ülvi kimi oğulların sayəsində gedirik".

Zərnigar Əliyeva- Füzuli sakini: "Elə deyirəm o qızlar yanımda olaydı gedəydim Füzuliyə, sevinirəm, deyirəm qohum övladı görəcəm, ölməyənləri görəcəm yaxşı olacaq".