• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1393
— 10.10.2023 12:08

Bu il “Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsi başa çatdırılacaq”

KepezTV Player

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2023-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsinin başa çatdırılmasını hədəfləyir. Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov o cümlədən hazırda bu ərazilərdə icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşasının həyata keçirildiyini bildirib. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 2026-cı ilə qədər 2 300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur.