• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1370
— 07.10.2023 14:46

Azərbaycanın İsraildəki səfirliyi Azərbaycan vətəndaşlarına çağırış edib

KepezTV Player

Azərbaycanın İsraildəki səfirliyi Azərbaycan vətəndaşlarına çağırış edib. "İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik", - deyə səfirliyin paylaşımda qeyd edilib. Yerli KİV-lərin məlumatına görə, Qəzzadan İsrail ərazisinə 2200-ə yaxın raket atılıb. Azı 22 nəfər ölüb, 545 insan yaralanıb.