• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2283
— 05.10.2023 15:54

"Qranada görüşündən imtinanı Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil"

KepezTV Player

Azərbaycan Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır. Prezidentin köməkçisi Hikmət Hacıyev sosial şəbəkə hesabında qeyd edib ki, Azərbaycan Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır. "Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar verib. Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyil. Azərbaycan Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır.",- deyə Hikmət Hacıyev bildirib.