• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 05.10.2023 13:27

Azərbaycan Prezidenti İordaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Ömər Bərəkət əl-Naharın etimadnaməsini qəbul edib. Azərbaycan ilə İordaniyanın dost və qardaş, zəngin tarixə malik ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəklədiyini məmnunluqla qeyd edib. Siyasi əlaqələrimizin yaxşı səviyyətdə olduğunu deyən Prezident gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini də qəbul edib.  Dövlətimizin başçısı bütün dövrlərdə - həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirib. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd edib. İqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji sahəsində yaxşı nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu sahəyə böyük sərmayə qoymasının önəmini vurğulayıb.