KepezTV Player
ABŞ-nin Los-Anceles şəhərində keçirilən “Türkiyənin ictimai diplomatiyası” adlı konfransda Azərbaycan və Türkiyə diplomatlarına hücum edən ermənilər həbs olunacaqlar. Bu barədə Los-Anceles Polis Departamentinin Ağır Cinayətlər Şöbəsindən bildirilib. Qeyd edilir ki, radikal ermənilərin hücumu ilə bağlı istintaq davam edir. Hücuma məruz qalan 3 nəfərlə bağlı araşdırma aparılır. İş ağır cinayət əməli kimi araşdırılır. İstintaqın nifrət, hücum və təhdid cinayətləri çərçivəsində aparıldığı vurğulanıb.
- Baxış: 163