• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 04.10.2023 16:15

İlk raket hücumundan 3 il ötür

KepezTV Player

 Vətən müharibəsində Gəncəin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür. Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı evlərin hədəfə alınması hərbi cinayətdir. 1 mülki şəxsin şəhid olması, 32 sakinin yaralanması ilənəticələnən, yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan vuran xain hücum qondarma “Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti” Arayik Arutunyan tərəfindən törədildiyi, bundan irəli gələrək barəsində cinayət işi başlandığı açıqlamçışdı. Ötən gün isə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları qondarma rejimin keçmiş rəhbəri Araik Arutyunyanı saxlayıblar. Siyasi şərhçi Yeganə Hacıyeva 2020-ci ilin 4 oktyabrında reallaşdırıan silahlı hücumun səbəblərindən danışır.