• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1562
— 02.10.2023 16:56

Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib

KepezTV Player

Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. 2023-2024-cü tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindək fəaliyyət göstərən ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarına 5 501 uşaq qeydiyyadan keçib. Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ aparılır. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir. Məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır. Bu cür qrupların yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.