• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1823
— 29.09.2023 11:49

Azad olunmuş ərazilərdə 508 şəxsə aid meyit qalıqları tapılıb

KepezTV Player

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin,Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birlikdə həyata keçirilən axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan ümumilikdə ən azı 508 şəxsə aid meyit qalıqları tapılaraq götürülüb. Bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib. İtkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələr götürülüb. Həmin nümunələrdən çıxarılan genetik profillərin aşkar edilmiş insan meyit qalıqlarından çıxarılmış genetik profillərlə eyniləşdirmə aparılması, habelə təqdim edilən sümüklərin insana aid olub-olmaması, neçə şəxsə mənsub olması, ölümün səbəbi və sair suallara aydınlıq gətirilməsi üçün Respublika Hərbi Prokurorluğu tərəfindən 349 məhkəmə tibbi kriminalistik ekspertizası və 305 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib". Xanlan Vəliyev son günlər erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayət faktları əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 6 cinayət işinin başlanıldığını da diqqətə çatdırıb.