"Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir". Ombudsman Səbinə Əliyeva iştirak etdiyi beynəlxalq konfransda Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən uzun illər aparılan nifrət siyasətinin sülhə ciddi təhdid yaratdığını və insan hüquqlarının pozulmasına səbəb olduğunu qeyd edib. Həmçinin Azərbaycana qarşı etnik nifrət zəminində aparılan siyasətinin nəticəsi olaraq Ermənistan hakimiyyətinin sosial mediada davamlı şəkildə xalqlar arasında düşmənçilik hissi aşılayan mənfi təbliğat kampaniyası apardığı diqqətə çatdırılıb. Vurğulanıb ki, Ombudsman təsisatı tərəfindən Ermənistanın azərbaycanlılara qarşı etnik zəmində nifrəti təbliğ edən siyasətinin qarşısının alınması üçün tədbirlərin görülməsi ilə bağlı dəfələrlə beynəlxalq qurumlara çağırışlar edilib, müvafiq beynəlxalq təşkilatlara, aidiyyəti qurumlara, xarici ölkələrin ombudsmanlarına, milli insan hüquqları təsisatlarına hesabat, müraciət və bəyanatların göndərilib.
- Baxış: 196