• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 27.09.2023 14:55

Azad olunan ərazilərə qayıdan şəxslərin məşğulluğu ilə əlaqədar məsələlər müzakirə olunub

KepezTV Player

İşğaldan azad olunan ərazilərə qayıdan şəxslərin məşğulluğu ilə əlaqədar məsələlər müzakirə olunub. Müzakirələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə aparılıb. Azad olunan ərazilərə köçürüləcək şəxslərin mərhələli şəkildə demoqrafik, məşğulluq və sosial göstəricilərinin təhlilinin aparıldığı, onlarla fərdi görüşlərin keçirildiyi bildirilib. Köçürüləcək şəxslər üçün fərdi məşğulluq proqramları hazırlanır və onların məşğulluq məsələlərin həlli üçün işlərə başlanılır. Eyni zamanda işəgötürənlərlə də iş aparılaraq onların işçi qüvvəsinə olan tələbatları öyrənilib. Köçürüləcək şəxslərlə növbəti görüşlərin keçirilməsi qərara alınıb.