• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2440
— 27.09.2023 13:30

Şuşa şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

KepezTV Player

Şuşa şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. Ölkənin hər yerində olduğu kimi, saat 12-də Şuşa şəhərində də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal veriblər. Eyni zamanda, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsinə də sayğı duruşu göstərilib.

Laçın sərhəd-buraxılış məntəqəsində də Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. Məntəqədə bir dəqiqəlik sükut elan olunub, hərəkət dayandırılıb.