• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 25.09.2023 14:27

Deportasiya zamanı azərbaycanlılara Ermənistan tərəfindən azı 20 milyard dollar həcmində maddi ziyan vurulub

KepezTV Player

Deportasiya zamanı Ermənistan tərəfindən fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub. Bu sözləri Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib. İcma sədri xatırladıb ki, 1930-1940-cı illərdə keçmiş SSRİ məkanında repressiya və deportasiyaya məruz qalan bütün şəxslər və bütün xalqlar Stalinin ölümündən sonra respublika məhkəmələrinin qərarları ilə bəraət alsalar da, təkcə 1948-1953-cü illər deportasiyasından zərər çəkən Qərbi azərbaycanlılara hüquqi müstəvidə bəraət verilmədi, deportasiya olunanların və onların varislərinin ata-baba yurdlarına qayıtmaq hüququ tanınmadı. 1987-1991-ci illərdə baş vermiş sonuncu deportasiya öz amansızlığı və qəddarlığı ilə əvvəlkilərdən bir o qədər də fərqlənməyib. 200 nəfərdən çox soydaşımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən artıq insan xəsarət alıb, 300-ə yaxın yaşayış məntəqəsindən azərbaycanlılar qovulublar.