• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 23.09.2023 20:56

Prezident Toivo Klaarı qəbul edib

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Toivo Klaar dövlət başçısının Azərbaycan xalqına 20 sentyabr tarixli müraciəti, həmin müraciətdə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar səsləndirdiyi fikirləri və Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş görüşü müsbət qiymətləndirdiyini bildirib. Prezident İlham Əliyev öz növbəsində Yevlaxda keçirilən görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planlarının təqdim edildiyini diqqətə çatdırıb. Dövlət başçısı, həmçinin yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirib. Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd edib.