• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 23.09.2023 19:55

Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlıları ilə qarşılıqlı əlaqədədir

KepezTV Player

Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə koordinasiyalı şəkildə qarşıda dayanan vəzifələri icra edir. Bizim ordumuz sülhməramlılarla sıx şəkildə əlaqə saxlayaraq, mülki şəxslərin, orada yaşayan etnik ermənilərin və yenidən öz evlərinə geri dönənlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün tədbirləri həyata keçirir. Ordumuz həmçinin Qarabağdakı qanunsuz erməni silahlılarının tərksilah edilməsi prosesini də həyata keçirir. Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov Şuşaya səfər edən xarici hərbi attaşelərə məlumat verən zaman deyib