• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 22.09.2023 21:01

Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub. O, Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda qızıl medala sahib çıxıb. 31 yaşlı idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya qalib gəlib. E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionluğunu qazanıb. Bununla da Eldəniz Azərbaycan güləşinin tarixinə düşməklə yunan-roma güləşinin ən titullu pəhləvanına çevrilib. O, 3 qat dünya çempionu olmaqla həm də, Məhyəddin Allahverdiyevə çatıb. Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov və Sənan Süleymanov da bu gün final görüşünə çıxacaqlar.