• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1919
— 22.09.2023 19:57

Nazir: "Türkiyə hər zaman Azərbaycanın yanında olacaq"

“Azərbaycanın antiterror tədbirləri nəticəsində Qarabağda bütün mənzərə bir gündə dəyişdi”. Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli mətbuata müsahibəsində deyib ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanan sənədin şərtlərinə əməl etməli idi. Amma belə olmadı. Nəticədə 44 günlük müharibədə olduğu kimi, qarşı tərəfə layiqli cavabı verildi. Yaşar Gülər vurğulayıb ki, Azərbaycan Ordusunun antiterror tədbirləri nəticəsində qarşı tərəf təslim olmağa məcbur olub. Türkiyə isə hər zaman Azərbaycanın yanında olacaq.