• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 22.09.2023 12:18

"Ermənistan ölkələrin daxili işlərinə qarışır"

KepezTV Player

"Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti BMT Nizamnaməsinin dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, onların daxili işlərinə qarışmamaq ilə bağlı tələblərinin açıq formada pozulmasıdır". Xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının növbəti dəfə belə məsuliyyətsiz şəkildə sui-istifadə edilməsinin qəbuledilməzliyini, mötəbər orqanın nüfuzuna, etibarına ciddi zərbə olduğunu və tamamilə rədd edilməsinin vacibliyini vurğulayıb. Nazir dinc sakinlərin hədəf alınmadığını fototolarla sübut edib.
 

Ceyhun Bayramov- Xarici işlər naziri: "Heç bir suveren dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz. Azərbaycan da bunu edə bilməz. Azərbaycan özünün bütün sakinlərinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq hüquq və öz Konstitusiyasından irəli gələn hüquqlarına tamamilə uyğun hərəkət edib. Beləliklə, Ermənistanın Azərbaycanın suveren ərazisində qüvvədən qanunsuz istifadə etməklə yeni status-kvo yaratmaq və “təmas xətti məntiqi”nə əsaslanaraq boz zonanı saxlamaqla bağlı sistematik cəhdləri dəf olunub. Fotolardan göründüyü kimi, əgər məqsəd dinc sakinləri hədəf almaq və ya guya “etnik təmizləmə” aparmaq olsaydı, Azərbaycan Silahlı Qüvvələri başqa cür hərəkət edərdi".